“Rusiya “bomjları” da orduya çağırır...” - “Bu adamların sağ qalmaq ehtimalı yoxdur”

2022-09-03 14:45:00

“Rusiya “bomjları” da orduya çağırır...” - “Bu adamların sağ qalmaq ehtimalı yoxdur”

“Rusiya öz ordusunun sayını artırmaq üçün bütün resurslarından istifadə edir. Artıq Rusiya məmurları sığınacaqlardakı evsizləri də orduya cəlb etməyə başıayıblar”.

Hurriyyet.az xəbər verir ki, Ukrayna hərbi əks-kəşfiyyatının sabiq rəhbəri, general Nikolay Malomuj bu barədə mətbuata danışarkən deyib ki, Rusiyaya cəbhədəki hansısa istiqamətdə irəliləyiş əldə etmək üçün kütləvi sayda canlı qüvvə lazımdır: “İndi hamını orduya götürürlər, xüsusilə də milli azlıqların nümayəndələrini. İri miqyaslı çağırış baş tutmadı. Ona görə də onlar təcridxanalara və sığınacaqlara üz tutdular”.

Xəbərdə deyilir ki, Sankt-Peterburq şəhəri meriyasını təmsil edən məmurlardan biri şəhərdəki tüfeyli həyat keçirən evsizlərin – “bomjlar”ın yaşadığı sığınacaqda olub və bu insanları ordu sıralarına qoşulmağa çağırıb, onlara maddi dəstək vəd edib.

General Malomuj qeyd edib ki, belə adamların müharibədən sağ qayıtmaq şansı yoxdur. Buna baxmayaraq, Rusiya rəhbərliyi onları qırğına verməkdən çəkinmir.

Məlumatda o da bildirilir ki, artıq Rusiya həbsxanalarından 1000-dən artıq cinayətkar azad edilərək, Ukraynadakı savaşa cəlb edilib.

“AzPolitika.info”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.089086