Rusiya BMT-nin sammitində iştirak edə bilməyəcək – ABŞ Lavrovla müşayiətçilərinə viza vermədi

2022-09-03 21:42:00

Rusiya BMT-nin sammitində iştirak edə bilməyəcək – ABŞ Lavrovla müşayiətçilərinə viza vermədi

Hurriyyet.az xəbər verir ki, sentyabrın 20-də BMT Baş Assambleyasında iştirak etməyə hazırlaşan Rusiya Xarici İşlər naziri Sergey Lavrova və Nyu-Yorkda onu müşayiət etməli olan 50-dən artıq rusiyalı jurnalist və diplomata   ABŞ-a getmək üçün viza verilməyib.

ABŞ BMT-nin dünya liderlərinin illik sammitində iştirak eləmək istəyən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova viza verməyib. Moskva Rusiyanın nümayəndə heyətinə 56 viza verilməsi üçün müraciət etsə də, birini də almayıb. “Röyters” agentliyinin verdiyi məlumata görə, Rusiya Federasiyanın BMT-dəki səfiri Vasili Nebenzi bununla əlaqədar BMT-nin Baş katii Antoniu Quterreşə məktub yazıb.

Nebenzi qeyd edib ki, ABŞ-ın etirazı “təlaş doğurur”, çünki Vaşinqton Rusiya vətəndaşlarına “səfər vizalarının verilməsinə daim etiraz edir”.

Qeyd edək ki, Sergey Lavrovun adı ABŞ-a gedişi qadağan edilmiş bir sıra Rusiya vətəndaşları ilə birlikdə sanksiya siyahısına salınıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057969