Saat:18:09
Haqqımızda

"Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahuya dair qərarını tanımır"

2024-11-23 11:12:08

Moskva İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) legitimliyini tanımır.

Hurriyyet.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində deyib.

"Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onu qeyri-legitim hesab edir", - Medvedev qeyd edib.