“Rusiya Belarusu öz ərazisi kimi qorumalıdır”

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya hücum ediləcəyi təqdirdə Rusiyanın Belarusu öz ərazisi kimi qorumalı olduğunun zəruriliyini bəyan edib.
“BelTa” agentliyinin yazdığına görə, aprelin 10-da Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüş keçirən Lukaşenko deyib: “Ümumiyyətlə, danışıqlarda deyildi ki, Belarusa qarşı təcavüz zamanı Rusiya Federasiyası Belarusu öz ərazisi kimi müdafiə edəcək. Bizə bax belə təhlükəsizlik təminatı lazımdır”.
“O, (RF Prezidenti V.Putin – red.) bütün istiqamətlərdə məni tam dəstəkləyib. Deyir ki, biz Belarusla rusiya arasındakı bütün müqavilə və sazişlərimizi təftiş eləməli, Belarusun tam təhlükəsizliyini təmin eləmək üçün hansı indi hansı hüquqi aktı qəbul eləməli olduğumuzu nəzərdən keçirməliyik”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya