Saat:08:54
Haqqımızda

Rusiya Belarusa Su-35-lər, S-400-lər göndərir! Ukrayna ilə müharibə olacaqmı? 

2022-01-21 10:23:00

Rusiya Belarusa Su-35-lər, S-400-lər göndərir! Ukrayna ilə müharibə olacaqmı? 

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın S-400 HHM zenit-raket komplekslərinin iki divizionu Uzaq Şərqdən Belarusa göndərilməyə hazır vəziyyətə gətirilib. Sistemlər artıq dəmiryolu platformalarına yüklənib. Məlumatı bu gün Rusiyanın Müdafiə Nazirliyi verib.

Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə nazirinin müavini Aleksandr Fomin bəyan etmişdi ki, İttifaq dövlətinin silahlı qüvvələrinin yoxlama təlimləri çərçivəsində Rusiyadan Belarus ərazisinə 12 ədəd Su-35, 2 ədəd S-400 HHM sistemi divizionu və “Pantsir-S” zennit raket-artilletiya komleksi divizionu aparılacaq.

Belaruslaa Rusiyanın Vahid Regional Sistemi tərkibində ikimərhələli hərbi yoxlama təlimləri keçirilməsi planlaşdırılır. Birinci mərhələ 1-9 fevral tarixlərini əhatə edəcək. 10-20 fevral tarixində isə xarici təcavüzü dəf etməyə hazırlıq məqsədi ilə “İttifaq qətiyyəti-2020”  birgə təlimləri keçiriləcək. 

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR