Rusiya bazasının xüsusi təyinatlıları Ermənistanın dağlıq ərazilərində təlim keçirdi

2023-03-27 15:02:00

Rusiya bazasının xüsusi təyinatlıları Ermənistanın dağlıq ərazilərində təlim keçirdi

Ermənistandakı Cənub Hərbi Dairəsinin (CQD) hərbi bazasının xüsusi təyinatlı dəstəsinin şəxsi heyəti yüksək dağlıq poliqonda ümumi təlimdə iştirak edib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hərbi qulluqçular yüksək dağlıq ərazilərdə kəşfiyyat və axtarış fəaliyyətini, dağlıq ərazinin müxtəlif formalarında sığınacaqların təşkili üsullarını, əldəqayırma vasitələrdən kamuflyaj növlərini işləyiblər.

Onlar həmçinin xəritədə naviqasiya və azimutla hərəkət etmək bacarıqlarını təkmilləşdirib, yerdə gizli hərəkət üsullarını öyrəniblər.

Bundan əlavə, xüsusi təyinatlılar müxtəlif məsafələrdə və müxtəlif mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endirib.

Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları dağlıq ərazilərdə oksigen aclığı, ekstremal temperatur və atmosfer təzyiqi şəraitində sağ qalma və təhlükəsiz davranış vərdişlərinə yiyələniblər.

qaynarinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167658