"Rusiya Baxmut və Uqledar istiqamətinə zərbələri artırır" - Ukrayna Müdafiə Nazirliyi

2023-01-26 11:54:00

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya qüvvələri “Baxmut və Uqledar istiqamətlərinə, yəni Donetsk vilayətindəki iki yaşayış məntəqəsi ərazisində zərbələri artırırlar”.
Rusiya ordusu və ona dəstək verən Vaqner muzdu ordu bölmələri artıq bir neçə aydır ki, Baxmutu almağa çalışırlar və Qərb ekspertlərinin fikrincə, orada xeyli itkilər verirlər. Ukrayna Silahlı Qüvvələrində də itkilərin olduğu bildirilir. Rus hərbçilərinin son vaxtlar yeganə uğuru Baxmut yaxınlığında yerləşən Soledar şəhərinin tutulması olub.
Uqledar Donetsk vilayətinin başqa bir hissəsində, Zaporojye vilayəti ilə sərhədə yaxın ərazidə yerləşir.
"Ağır döyüşlər davam edir. Düşmən xeyli sayda şəxsi heyəti, silah-sursatını və hərbi texnikasını döyüşə atır, müdafiəmizi yarıb keçməyə çalışır, xeyli itki verir, lakin öz planlarından əl çəkmir", deyə Malyar teleqramında yazır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi Andrey Kovalyov da çərşənbə günü Uqledar ətrafında gedən döyüşlər barədə məlumat verib. "Hazırda Uqledarın  müdafiəsi gedir. Rus işğalçıları şəhəri ələ keçirməyə çalışırlar. Aydındır ki, hazırda orada ağır döyüşlər gedir", deyə Kovalyov Ukrayna televiziyasında deyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.225893