Saat:18:36
Haqqımızda

Rusiya Baltik Dənizi Dövlətlərinin sıralarını tərk edir

2022-05-17 15:53:00

Rusiya Baltik Dənizi Dövlətlərinin sıralarını tərk edir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Baltik Dənizi Dövlətləri Şurasını tərk eləməyi qərara alıb. “Lakin bu, onun regiondakı varlığına təsir göstərməyəcək” – Sergey Lavrovun rəhbərlik elədiyi və son illərdə olduqca yarıtmaz siyasəti ilə Rusiyanı uçuruma aparan RF Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir.

Açıqlamada deyilir ki, XİN-in rəhbəri Sergey Lavrov Şuraya üzv ölkələrin nazirlərinə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, həmçinin,  Şuranın Stokholmdakı katibliyinə Rusiyanın təşkilatı tərk eləməsi barəsində bildiriş göndərib.

Rusiyanın Federasiya Şurası Baltik Dənizi Dövlətlərinin Parlament Konfransının heyətindən çıxmaq barəsində qərar qəbul edib.

Baltik dənizi Dövlətləri Şurasının (ingiliscə The Council of the Baltic Sea States CBSS) təməli 1991-ci ildə Almaniya və  Danimarkanın təşəbbüsü ilə qoyulub. Təşkilata 1992-ci ildə Almaniya, Norveç ,Finlandiya, Danimarka ,Polşa, İsveç ,Latviya, Rusiya, Estoniya, 1995-ci ildə isə İslandiya da qoşulub . Baltik dənizi Dövlətləri şurasında əsas əməkdaşlıq beynəlxalq təhlükəsizlik, insan hüquqları, yeni demokratik institutlara dəstək,iqtisadi və texniki yardım, humanitar problemlər, səhiyyə, ətraf mühitin mühafizəsi, enerji, mədəniyyət, təhsil, turizm, informasiya, nəqliyyat sahələrinin əhatə edir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR