"Rusiya Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır"
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdəki çıxışında Rusiyanın bütün regional formatlarda Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu deyib. Diplomat Moskvanın Bakı ilə, o cümlədən təhlükəsizlik kontekstində daha sıx əməkdaşlığı nəzərdən keçidiyini qeyd edib.
Zaxarova deyib: "Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, “Xəzər beşliyi” və “3+3” regional əməkdaşlıq platformasında sıx əməkdaşlıqda maraqlıyıq".
Zaxarova Azərbaycanın Baş naziri Əli Əsədovun Avrasiya İqtisadi İttifaqının iclaslarında iştirakının yaxşı ənənəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, bu, ölkələr arasında dialoqun möhkəmlənməsinə və inkişafına töhfə verir.
Zaxarova deyib: "Biz Bakı ilə Avrasiya İqtisadi İttifaqı arasında dialoqun güclənməsinin şahidi oluruq, bunu Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirakı sübut edir və bu, artıq yaxşı ənənəyə çevrilib".
Zaxarova BAkının MDB çərçivəsində fəaliyyətindən danışaraq deyib: "Biz Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulmasını alqışlayırıq. Bura dövlət başçılarının transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair bəyanatları da daxildir".
Diplomat Azərbaycanda III MDB Oyunlarının uğurla keçirildiyini də qeyd edib.
Hürr Tərcüman
