Saat:13:44
Haqqımızda

Rusiya Almaniyaya nota verdi

2022-08-09 22:12:00

Rusiya Almaniyaya nota verdi

Rusiya Almaniyada Sovet İttifaqının abidəsi və qəbiristanlığına hücuma görə Almaniya Xarici İşlər Nazirliyinə nota verib.

Almaniyanın Verneuçen şəhərində neonazi qruplarının Sovet İttifaqının abidəsinə və İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış qəbiristanlığa hücumuna Rusiyadan reaksiya gəlib.

“Biz bunu etnik ədavəti qızışdırmaq, dünyanı və Avropanı nasizmdən xilas etmək üçün həyatlarını itirən əsgərlərin xatirəsinə istehzalı bir hörmətsizlik kimi qiymətləndiririk”, - deyə bəyanatda bildirilir.

Açıqlamanın davamında hücumla bağlı Almaniyaya etiraz notası verildiyi qeyd olunub.

“Almaniya Xarici İşlər Nazirliyinə hadisənin şəraitinin müəyyən edilməsi üçün hərtərəfli tədbirlərin görülməsi, səbəbkarların cəzalandırılması tələbi ilə etiraz notası verilib.

16 dekabr 1992-ci il tarixli Rusiya-Almaniya Döyüş Qəbirləri Müqaviləsinə uyğun olaraq abidənin mühafizəsinin təşkil edilməsinə və hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Digər tərəfdən, Verneuçen şəhərinin polis bölməsi tərəfindən edilən şərhdə, əməliyyat keçirildiyi açıqlanıb. Abidəyə istehzalı hücumlar edən şəxslərin kimliyi müəyyən edilməyə başlanılıb. \\Unikal

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR