Saat:07:42
Haqqımızda

Rusiya “ağıllı” avtomatlar istehsal edəcək

2021-09-22 11:05:00

Rusiya “ağıllı” avtomatlar istehsal edəcək

 

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyanın “Kalaşnikov” şirkətinişan almağa və atəş açmağa kömək edən ağıllı avtomat istehsal etməyə hazırlaşır.

Yeni silah neyroşəbəkənin köməyi ilə, hədəfi müəyyənləşdirə, nişan ala və atəş aça biləcək. Əsgərə yalnız hədəf barəsində qərar vermək işi qalacaq. Mətbuata bu barədə açıqlamanı “Kalaşnikov” Konserni” Səhmdar Cəmiyyətinin baş mühəndisi Sergey Urjumtsev verib. Urjumtsev deyib: “Artıq sistemin ayrı-ayrı elementləri hazırdır. Onlar bu yaxınlarda Kubinkada keçirilən “Ordu-2021” texniki forumundakı qapalı sərgidə nümayiş etdirilib. Rusiya Federasiyasının Müdafiə naziri də bu yeniliklərlə tanışdır. Sistemin tərkibindəki ayrı-ayrı komplekslər süni intellekt elementlərinə malikdir, onlar hədəfi tanıma, nişan alma, hədəfi izləmə və atə açma proseslərinin tam avtomatlaşdırılmasına imkan verir”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR