Saat:16:11
Haqqımızda

Rusiya ABŞ-a xəbərdarlıq edib

2025-01-12 00:52:59

Rusiya ABŞ-a xəbərdarlıq edib

ABŞ-ın düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və Rusiyanın xarici iqtisadi strategiyası hazırlanarkən nəzərə alınacaq.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın bu ölkəyə qarşı son sanksiyaları ilə bağlı bəyanatında deyilir.

Vurğulanıb ki, ABŞ-ın hazırkı administrasiyasının bütövlükdə yerli enerji sektoruna və bir sıra iri şirkətlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər, o cümlədən onların rəhbərliyinə, habelə Rusiya Energetika Nazirliyinin rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etmək qərarı, prezident Co Baydenin vəzifəsinin başa çatması ərəfəsində qlobal bazarların sabitliyini pozmaq riski bahasına olsa belə, Rusiya iqtisadiyyatına ən azı müəyyən zərər vurmaq cəhdini əks etdirir:

“Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq”.\\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217817