Saat:20:52
Haqqımızda

“Rusiya 500 min əsgərini itirib” - "Bu, hərbi uğursuzluqdur"

2024-05-03 17:25:42

“Rusiya 500 min əsgərini itirib” -

Rusiya Ukraynaya qarşı müharibədə 500 minə yaxın əsgərini itirib. Bu, Moskvanın hərbi uğursuzluğudur. 

Hurriyyet.az xəbər verir ki, bunu Fransa Xarici İşlər naziri Stefan Sejurne “Novaya qazeta”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa və onun tərəfdaşları qətiyyətli olacaq və lazım olan qədər Ukraynanı dəstəkləməyə davam edəcək: “Rusiyanın hərbi uğursuzluğu artıq göz qabağındadır. Hesablamalarımıza görə, Rusiyanın hərbi itkiləri 500 min nəfər təşkil edir ki, bunun da 150 mini həlak olanlardır. Bütün bunlar nə üçündür? Qısa desək, heç nə üçün”.

Xarici İşlər naziri Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritməsinə icazə verən bəyanatına da münasibət bildirib.

O, deyib ki, avropalılar Rusiyaya qarşı açıq oynamalıdırlar: “Baltikyanı ölkələrdən Polşa və Finlandiyaya qədər Avropa ölkələri Ukraynanı dəstəkləməyə, o cümlədən əraziləri minalardan təmizləməyə kömək etmək, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etmək və Ukraynada silah istehsalını təşviq etmək öhdəliyinə tam sadiqdirlər”.

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184330