Saat:09:09
Haqqımızda

Rusiya 3 hissəyə parçalanacaq, Putin... – Kəşfiyyat şefi planı açıqladı

2022-05-24 15:45:00

Rusiya 3 hissəyə parçalanacaq, Putin... – Kəşfiyyat şefi planı açıqladı

Ukrayna ordusu bu ilin sonuna kimi Rusiyanın işğalı altında olan Krım ərazisinə daxil ola bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin aktiv fazası ilin sonuna qədər azalma həddinə çatmalıdır: “İlin sonuna qədər biz ən azı Krım ərazisinə daxil olmalıyıq”.

Budanov deyib ki, Rusiyanın 12 ay ərzində normal müharibə aparmaq resursları var:

“Müharibə yalnız Krım da daxil olmaqla, Ukraynanın işğal edilən ərazilərinin qaytarılması ilə başa çatacaq”.

Hərbi kəşfiyyatın şefi müharibənin Rusiya üçün necə nəticələnəcəyini də açıqlayıb: “İki variant var. Birincisi, Rusiya ərazi bütövlüyünü formal olaraq saxlayacaq və siyasi rəhbərliyi dəyişəcək. İkincisi, Rusiya üç və ya daha çox hissəyə parçalanacaq”.

Xatırladaq ki, Zelenski Krımın hərbi yolla azad edilməsinin yüz minlərlə ukraynalı əsgərin ölümünə səbəb olacağını açıqlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR