Rusiya 104 il sonra eyni təhlükə ilə üz-üzə qaldı

2022-06-27 13:27:00

Rusiya 104 il sonra eyni təhlükə ilə üz-üzə qaldı

100 milyon dollara yaxın dövlət istiqrazlarının ödənilməsi üçün Rusiyaya verilən güzəşt müddəti dünən başa çatıb.
 

Hurriyyet.az Rusiya mətbuatına istinadən bildirir ki, güzəş müddəti başa çatsa da tətbiq edilən sanksiyalar səbəbindən borclar ödənilməyib.
 “Bloomberg” agentliyi isə yazır ki, bu hadisə 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etdiyi vaxtdan sonra qeydə alınan ilk hadisədir. Agentlik yazır ki, bu hadisə Rusiyanın defolt elan etməsilə nəticələnə bilər.
Rusiyanın maliyyə naziri Anton Siluanov isə bildirib ki, Rusiyanın xarici valyutada dövlət borclarını ödəyə bilməməsini defolt adlandırmaq doğru deyil. Nazirlikdən bildirilir ki, Moskva investorların pulunu rublla ödəməyə hazırdır.  
Məlumat üçün bildirək ki, qeyd olunan 100 milyon dollarlıq borc üzrə faizlərin ödəniş tarixi bu ilin may ayına aiddir. Qarşıdakı aylarda Rusiyanın ödəyəcəyi dövlət borcunun məbləği daha böyük olacaq. Belə ki, iyul ayında Rusiyanın 394, sentyabrda 372, oktyabrda 84, noyabrda 110, dekabr ayında isə 53 milyon dollarlıq borc üzrə faizləri ödəməsi lazımdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057086