Rus sülhməramlılarından ermənipərəst mövqe - VİDEO

2022-05-07 12:30:00

Rus sülhməramlılarından ermənipərəst mövqe - VİDEO

Qarabağa müvəqqəti yerləşdirilən sülhməramlılar yenə öz ampluasındadır.

Hurriyyet.az Yenisabah.az-a istinadla xəbər verir ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Xocavənddəki bir məktəbdə erməni şagirdlər üçün İkinci Dünya müharibəsinə həsr edilmiş tədbir keçirib.

Videodakı sülhməramlı hərbçinin Azərbaycan rayonun (Xocavənd) adını ermənicə (Martuni - red.) deməsi və erməni xalqının İkinci Dünya müharibəsində göstərdiyi "şücaətdən" danışması görüntülərdə öz əksini tapır.

Həmçinin, arxa fonda 44 günlük müharibədən öncə erməni işğalında olan torpaqların xəritəsi də göstərilib.

Maraqlısı budur ki, tədbirdə iştirak edən şagirdlərin çoxu qızlardır.

Həmin görüntüləri təqdim edirik:

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya