Saat:04:22
Haqqımızda

"Rus sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır" - Erməni spiker

2024-02-27 14:33:44

Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır.

Hurriyyet.az xəbər verir ki, jurnalistin bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualına Ermənistan parlamentinin spikeri belə bir müzakirədə iştirak etmədiyini, lakin “Rusiya sərhədçilərinin oradan getməli olduqlarına” inandığını bildirib.

Simonyan rusiyalı sərhədçilərə güvənmədiyini deyib:

“Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm”.

APA.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.319725