Rus raketi sizə uçanda biləcəksiniz... – Zelenski

2022-05-04 15:50:00

Rus raketi sizə uçanda biləcəksiniz... – Zelenski

Rusiya ilə münasibətlərin sabitliyi haqda illüziyalara qapılmamaq lazımdır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CEO Şurasının sammitində çıxış edərkən deyib.

“Sizə elə gəlir ki, sizin bu və ya digər Rusiya şirkəti ilə biznesiniz var. Sizə elə gəlir ki, pulu vaxtında ödəyirlər. Bunun gəlirli bir iş olduğunu düşünürsünüz. Sizə elə gəlir! Bir gün sizə doğru raket uçana qədər. Və sonra bütün dəyərlər dəyişir. Hər şey uçuruma gedir”, - Zelenski bildirib.

Zelenski Rusiya ilə isti münasibətləri nümayiş etdirən Macarıstanı misal çəkib:

“İsti münasibətlər çox qaynar münasibətlərə çevriləcək və yandırılacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya