Rus polkovniklərin telefon danışığı sızdı: Putini qəzəbləndirəcək sözlər...

2022-06-01 20:23:00

Rus polkovniklərin telefon danışığı sızdı: Putini qəzəbləndirəcək sözlər...

Rusiya-Ukrayna savaşı fonunda yüksək rütbəli rus əsgərlərinin danışıqları gündəm olub.

Polkovnik rütbəli iki əsgərin Vladimir Putini söydüyü və minlərlə əsgərin ölümündən şikayətləndiyi telefon danışığı mübahisə yaradıb. 
Ukrayna kəşfiyyatı tərəfindən ələ keçirildiyi güman edilən telefon danışığında polkovniklər Maksin Vlasov və Vitali keçən ay Rusiya qüvvələrinin Kiyevdən geri çəkildiyini bildiriblər. Onlar,  "Raket Kiyevdəki Ukrayna parlamentinə uçmalıdır. Lənət olsun. Raket niyə uçmadı? Başa düşmürəm" deyərək daha sonra Putini söyüblər.

Söhbətin aprelin 14-də baş tutduğu güman edilir. İki əsgərin söyüş söydüyü zəng zamanı Vlasov Rusiyanın müdafiə naziri Sergey Şoyqunu hədəf alaraq, onu peşəkarlıq baxımından səriştəsiz hesab etdiyini deyib və indiki müharibəni Sovet-Fin müharibəsi ilə müqayisə edib. Vlasovun polkovnik Vilatıya dediyi cümlələr belə olub: 

“Adamlarımız dəhşətli itkilər verdilər, lənət olsun. Bilirsiniz, mən hərb tarixi ilə bir qədər tanışam və baş verənləri 1939-1940-cı illərin lənətə gəlmiş Sovet-Fin müharibəsi ilə müqayisə edirəm. Tamamilə eynisidir”. 

Onlar hər ay 30 min rubl alan əsgərlərin aşağı maaşından da danışıblar. \\Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya