Saat:10:43
Haqqımızda

Rus ordusu ləngləyir, böyük itkiləri var – Belarus ekspert

2022-05-17 12:07:00

Rus ordusu ləngləyir, böyük itkiləri var – Belarus ekspert

Rusiya ordusu canlı qüvvə və texnikada böyük itkilər verir. Son üç il ərzində Rusiya və Belarusda birgə təlimlərdə işlədilən taktikalar müharibədə öz gücünü göstərə bilməyib.

Hurriyyet.az xəbər verir ki, bu fikirlərlə belarus hərbi ekspert Yeqor Lebedok bölüşüb.

“Ukraynalılar yaxşı kəşfiyyat sistemi qurublar, bunun sayəsində gözlənilməz yerlərdən ani hücumların qarşısı alınır. Kiyev həm də güclü və manevrli müdafiə xəttini qurmağı bacarıb. Ən əsası isə Ukrayna ordusu yalnız hərbi vasitələrdən deyil, həm də mülki nəqliyyatdan istifadə etməklə logistikanı gücləndirib. Məhz bu amillər rusiyalıların hücumunu ləngidir”, - o bildirib.

Onun sözlərinə görə, hazırda Xarkov uğrunda döyüşlər gedir və rus ordusu müəyyən mövqeləri gücləndirib:

“Rusiya ordusu bölmələrini Donbasa köçürür, oradakı qruplaşmanı İzyumun arxa cəbhəsini təmin etmək üçün saxlayırdı. Görünür, indi Rusiya ordusu həmin ərazidə qismən möhkəmlənib və indi qüvvələrini Ukraynanın cənub və şərq istiqamətlərinə yönəldir. Amma Rusiyanın hansısa uğurundan söhbət gedə bilməz”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR