"Rus muzdlular gəlsə, ölkədən çıxacağıq" - Fransa XİN

2021-09-15 12:21:00

Əgər Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları Malidə işləməyə başlasa, Paris buradan öz hərbçilərini çıxaracaq.

Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib.

Onun sözlərinə görə, Mali hökumət ilə “Vaqner” şirkəti arasında mümkün razılaşma Fransanın Malidəki hərbi mövcudluğuna ziddir.

Fransanın müdafiə naziri Florans Parli də oxşar bəyanatla çıxış edib. O, Malidə muzdluların mövcudluğunun həddən artıq ziddiyətli olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Fransa mətbuatı Mali hökumətinin “Vaqner”lə razılaşma imzalamağa hazırlaşdığı haqqında məlumat yaymışdı. Muzdluların Mali ordusunun hazırlığı ilə məşğul olacağı və hökumət adamlarının təhlükəsizliyini təmin edəcəyi bildirilmişdi.