Saat:18:31
Haqqımızda

Rus mətbuatı: “İraq Türkiyənin “Bayraktar”ını Rusiyanın MiQ-29-undan üstün tutdu”

2021-12-03 17:26:00

Rus mətbuatı: “İraq Türkiyənin “Bayraktar”ını Rusiyanın MiQ-29-undan üstün tutdu”

Hurriyyet.az “Avia.pro” portalına istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin tövsiyələrinə rəğmən, İraq hakimiyyəti 100 milyon dollar həcmində vəsaiti Rusiyanın MiQ-29 qırıcılarına deyil, Türkiyənin “Bayraktar TB2” silahlı dronlarına xərcləməyi qərara alıb. İraq rəhbərliyinin fikrincə, hazırda “Bayraktar TB2” dronlarından istifadə daha effektlidir. Bu səbəbdən həmin dronların satışına 100 milyon dollardan çox vəsait xərcləmək qərara alınıb.

Türkiyədəki mənbə deyib: “İraq hakimiyyəti Türkiyədən “Bayraktar TB2” dronlarını almaq üçün 100 milyon dollar xərcləmək fikrindədirlər. SPUA-dan dağ və çöllük ərazilərin, xüsusi ilə də son dövrdə vəziyyətin gərginləşdiyi Suriya ilə sərhədlərin müdafiəsi üçün istifadə olunacaq”.

Bundan əvvəl güman edilirdi ki, İraq hazırda ölkənin istifadəsində olan F-16 Amerika qırıcılarını sataraq, Rusiyanın MiQ-29 təyyarələrini ala bilər. Rusiya mətbuatının iddiasına görə, Bağdad ABŞ-ın təzyiqi ilə bu təyyarələri almaqdan imtina edib.

İraqın həmin vəsaitlə 20 ədəd “Bayraktar TB2” dronu ala biləcəyi bildirilir.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR