Rus kəşfiyyatı YENİ GÖRÜNTÜLƏR yaydı: Duqinin qızının qatili sərhəddən belə keçib - VİDEO

2022-08-23 13:50:00

Rus kəşfiyyatı YENİ GÖRÜNTÜLƏR yaydı: Duqinin qızının qatili sərhəddən belə keçib - VİDEO

Rusiya prezidenti Vladimir Putinin mentoru sayılan siyasi ekspert Aleksandr Duqinin qızı Darya Duqinanın öldürülməsi dünyanın gündəmindən düşmür.
Hurriyyet.az
 xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Duqinanın qatili, 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovkun bəzi görüntülərini paylaşıb.

Təqdim edilən görüntülərdə Vovk Rusiya sərhədindən Estoniyaya çıxarkən sərhəddə avtomobil yoxlanışı zamanı görünür.

Rusiya mətbuatında yayılan görüntülərə görə, Duqinanın qətlini planlaşdırdığı deyilən Ukrayna vətəndaşı olan qadın iyulun 23-də Rusiyaya daxil olarkən avtomobili ilə sərhəd nəzarətində görünür. Digər görüntülərdə isə Duqinanın yaşadığı evin qarşısında gözləyərkən kameralara görünən qadın avqustun 21-də Rusiya sərhədindən Estoniyaya çıxıb.

Qeyd edək ki, Kremlin saytında Rusiya prezidenti Vladimir Putinin Tsarqrad müxbiri Darya Duqinanın peşə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə ölümündən sonra şücaət ordeni ilə təltif edilməsi haqqında qərarı imzaladığı bildirilib.

rusya-istihbarati-yeni-goruntuleri-servis-etti-15201045_300_m.jpg (29 KB)

Rusiya kəşfiyyatı Duqinanın qətlinin təfərrüatları ilə bağlı açıqlamasında, "Cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığı və törədildiyi müəyyən edilib. Qətl planını Ukrayna vətəndaşı 1979-cu il təvəllüdlü Natalya Vovk həyata keçirib. Vovk Duqinadan məlumat toplamaq üçün iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya gəlib, onun yaşadığı binada mənzil kirayələyib”, - deyə bildirilir.

rusya-istihbarati-yeni-goruntuleri-servis-etti-15201045_5736_m.jpg (33 KB)

Bildirilib ki, hücumdan sonra Vovk qızı ilə birlikdə Rusiyanın Pskov vilayətindən keçərək Estoniyaya qaçıb, Rusiyaya girərkən Donetsk Xalq Respublikası, Moskvada Qazaxıstan, çıxışda isə Ukrayna nömrə nişanından istifadə edib.

47c268a1c371b79a212f0de719aa4b74.jpg (52 KB)

Без названия (3).jpg (87 KB)

Без названия (2).jpg (34 KB)

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072055