Rus familyalarından nə vaxt qurtulacağıq? – Soyadlarla bağlı deputatdan YENİ TƏKLİF

2022-09-02 23:01:00

Rus familyalarından nə vaxt qurtulacağıq? – Soyadlarla bağlı deputatdan YENİ TƏKLİF

Soyad insanın hansı nəslə, kökə, millətə mənsub olduğunu bildirən rəsmi məlumat həmçinin milli kimliyin daşıyıcısıdır.
Azərbaycanda isə sovetləşmənin ilk illərində “islahat” keçirilərkən dilimizə yabancı olan “ov”, “yev” sonluqları qəbul edildi.

gLakin bu gün müstəqil, ərazi bütövlüyünü təmin edən, dünya arenasında böyük yer tutan ölkəmizdə hələ də sözügedən soyadların daşınmasına davam edilir. Belə ki, son statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşıyır.
Milli soyad sonluğu kimi “lı”, “li”, “lu”, “lü” şəkilçisi daha uyğun göstərilir hətta bizim bir çox - İsmayıl bəy Qutqaşınlı, Asəf Zeynallı, Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Cəfər Cabbarlı və digər bu kimi yazıçı və ictimai xadimlərimiz milli soyada üstünlük veriblər.

Əlavə olaraq, bir çoxları “li”4 şəkilçili soyad sahibinin hansı nəsildən, tayfadan olduğunu aydınca göstərən nəsnə kimi də əsaslandırılır. Məsələn, o zamanlar kimlərdənsən sualını verəndə “Yusiflilərdənəm” cavabını verəndə, artıq hər kəs milliyətinin türk olduğunu aydın başa düşürdü.

Bəs müstəqilliyimizi əldə etdiyimiz vaxtdan 31 il keçəndən sonra da olsa, milli kimliyin vahid hal alması üçün soyadlarımızın tam milliləşdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlama verib. Onun sözlərinə görə, qanunla soyadların milliləşdirilməsi öz təsdiqini tapıb və könüllük prinsipi əsas götürülür:

“Ona görə də hər kəsdən məcburi şəkildə soyadlarını dəyişdirməyi tələb etmək doğru hesab edilməz. Amma soyad üçün tələb olunan proseslər asanlaşdırılarsa, insanlar bu addımı rahat şəkildə ata bilərlər.

Çünki əksəriyyət bu tip sənəd-sünəd süründürməçiliyinə və maddi tərəfdən də baha başa gəldiyinə görə həvəs göstərmir. Bu qaydaları sadələşdirmək türk mənşəli soyad sonluqlarına marağı artıra bilər”, - deyə F.Mustafa qeyd edib.
Qeyd edək ki, soyad dəyişmə prosesində tələb olunan sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.

Səkinə Yusibli, Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061619