Rus ekspertlərin Azərbaycanla bağlı ritorikası anidən niyə dəyişdi? - "Moskva səfərində Paşinyandan tələb edilib ki..."

2022-04-22 15:25:00

Rus ekspertlərin Azərbaycanla bağlı ritorikası anidən niyə dəyişdi? -

Bir sıra rus ekspertləri Azərbaycanla Ermənistan arasındakı sülhün mümkünlüyündən danışarkən əksər hallarda mənfi rəylər bildirirlər. Məsələn, Rusiyanın bizim regionda da çox tanınan ideoloqlarından  Aleksandr Proxanov verdiyi müsahibələrin birində, "Azərbaycanla Ermənistan arasında sülh anlaşmasıyla bağlı danışıqlar davam edəcək, hətta Rusiya və Yaponiya arasında olduğu kimi əbədi olacaq”, deyə söyləyib. Xüsusilə Paşinyanın Moskvaya son səfərindən sonra bu fikirlər daha çox səsləndirilməyə başlayıb.

Azərbaycanla Ermənistan arasında sülh anlaşması danışıqları uzun müddət davam edəcəkmi? Bu danışıqlara mane olan qüvvələr kimlərdir?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı səsləndirilən fikirlərlə razı olduğunu deyib:

"Özləri də münaqişənin bitməsini istəmədiklərini deyirlər. Hətta fikir verin, məsələni Rusiya-Yaponiya münasibətlərinə kimi gətirib çıxarıblar. Ona görə də əlbəttə, Rusiya bu münaqişənin bitməsinin tərəfdarı deyil və diplomatik oyun aparır. Çünki narahatdırlar. Onlar "nə qədər ki, bizim başımızın üstündən keçib Qərblə əməkdaşlıq edib, bizsiz müzakirələr aparıb razılaşmalar əldə edirsiniz, buna imkan verməyəcəyik”, mesajı verirlər”.

Müsahibimiz bildirib ki, Paşinyanın Moskvaya da səfərindən sonra ondan nələrinsə tələb edildiyi də görünür:

"Çox güman ki, bu istəklərdən biri Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi. İkincisi, Qərbin hansı səbəbdən bura gətirilməsi, icaza verilməsi ola bilər. Bir daha bu münaqişənin bitməsini istəmədiklərini dilə gətirmiş oldular – yəni "nə qədər münaqişə əbədi olaraq uzansa, o qədər xeyrimizədir”, mesajı verildi. Bu baxımdan Rusiyanın Ukrayna ilə müharibə səbəbiylə düşdüyü bataqlıqdan yaxşı istifadə edərək Qarabağdakı problemimizi həll etməliyik”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya