Rus diplomatlarının öldüyü partlayışdan GÖRÜNTÜLƏR - VİDEO

2022-09-05 15:07:00

Rus diplomatlarının öldüyü partlayışdan GÖRÜNTÜLƏR - VİDEO

Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində Rusiya diplomatik missiyasının iki əməkdaşı həlak olub.

Hurriyyet.az-ın məlumatına görə, Kabil vaxtı ilə saat 10:50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin girişinin bilavasitə yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub. Hadisə zamanı Əfqanıstan vətəndaşlarının da öldüyü deyilir.

Məlumata əsasən, Rusiya səfirliyi Əfqanıstanın təhqiqat aparan təhlükəsizlik xidmətləri ilə sıx əlaqə saxlayır.

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı bildirib ki, bu gün saat 11 radələrində Kabilin 7-ci rayonunda Rusiya səfirliyi yaxınlığında terrorçu-kamikadze özünü camaatın arasında partlatmaq istəyib. Təhlükəsizlik qüvvələri ona atəş açıblar. Ancaq bu atəş də partlayışla nəticələnib.

Kabil polisinin mətbuat mərkəzinin rəhbəri Xalid Zadranın verdiyi məlumata görə, insident nəticəsində bir mülki şəxs həlak olub, daha 10 nəfər yaralanıb.

Hələlik Əfqanıstanda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.(Lent.az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.079310