Rus aparıcıdan Rusiya ilə bağlı şok sözlər

2022-04-27 17:30:00

Rus aparıcıdan Rusiya ilə bağlı şok sözlər

Rusiyanın tanınmış teleaparıcısı Andrey Dovqopol Rusiyanı siyasi əqidəsinə görə tərk etdiyini bildirib.

Hurriyyet.az xəbər verir ki, o, Ukraynadakı müharibəni pisləyib.

“Dərhal deyim ki, Rusiya mənim anam deyil. Ona görə də getməyim daha asan oldu. Təhlükəsizlik səbəbindən adını çəkmək istəmədiyim dostum mənə məktub yazıb təəssüflənir ki, onun Rusiyanı tərk etməyə cəsarəti çatmır. Dostum deyir ki, təsəvvürünə gətir - birayaqlı kor sərxoş ana amansızcasına sənin yaxandan tutub üzünə ağır-ağır nəfəs verir və “məni sev, oğlum, mən sənin ananam” deyir. İnsanı döyəndə, danlayanda ailədə yaşamaq mümkün deyil. Sonra da o ana sənə deyir ki, çıx çölə, qardaşını vur, çünki o, məni sevmir. Və sən heç kimi döymək istəmirsən. Sən sadəcə sevgi istəyirsən”, – o bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya