Saat:08:16
Haqqımızda

Rumıniyanın Baş naziri Moldova ilə birləşmənin tərəfdarıdır: "Orada yaşayanlar da mənim kimi rumınlardır"

2024-04-04 15:22:47

Rumıniyanın Baş naziri Moldova ilə birləşmənin tərəfdarıdır:

Hurriyyet.az xəbər verir ki, Rumıniyanın Baş naziri Marçel Çolaku ölkənin "DC News" telekanalına müsahibəsində Moldova ilə birləşmək ideyasını dəstəklədiyini bildirib. Hökumət başçısı deyib: "Mən birləşmək tərəfdarıyam. Bu mənim hüququmdur! Əvvəlki kimi Moldova ilə Rumıniyanın birləşməsinə inanıram".
Çolakunun sözlərinə görə, inteqrasiya prosesi "Avropa İttifaqının  daxilində" baş verəcək və ya başqa bir yol tapıla bilər.
Rumıniyanın Baş naziri deyib: "Moldovada da elə mənim kimi rumınlar yaşayırlar. Tarixdə ədalətsizlik baş verib. Biz keçmişi dəyişdirə bilmərik. İndiki dövr isə keçmişin nəticəsidir. Sizinlə birlikdə edə biləcəyimiz iş - gələcəyi qurmaqdır".

Xatırladaq ki, 2023-cü ilin mart ayında Moldovanın dövlət dilinin adı rəsmən dəyişdirilərək rumın dili adlandırılıb.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229995