Rumıniya Türkiyədən 300 milyon dollarlıq PUA alacaq

2022-09-01 23:20:00

Rumıniya Türkiyədən 300 milyon dollarlıq PUA alacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rumıniya Türkiyədən 18 ədəd “Bayraktar  TB2” dronu almağı planlaşdırır. Sövdələşmənin məbləği 300 milyon avroya yaxındır. Məbləğ bu qədər böyük olduğuna görə, müqavilənin bağlanılması üçün Rumıniya parlamentinin razılığı olmalıdır. Deputatlar sazişin lehinə səs versələr, müdafiə sövdələşməsinin detallarının müzakirə edilməsi üçün danışıqlar başlanacaq.

Mətbuatın yazdığına görə, Türkiyənin zərbə dronlarının effektliliyi Ukrayna müharibəsində “əfsanəyə çevrilib”.

Rumıniyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, 18 ədəd “Bayraktar” SPUA-nın qiyməti 300 milyon dollara yaxındır, üstəlik, dronlarla yanaşı, zəruri avadanlıq da alınmalıdır.

Rumıniyanın Müdafiə Nazirliyinin ölkə parlamentinə müraciətində bildirilir ki, türk dronlarının alınması NATO-nun müdafiə planlaşdırması çərçivəsində Rumıniya qarşısında qoyulan məsələləri yerinə yetirməyə imkan verəcək. Sənəddə deyilir ki, pilotsuz uçuş aparatlarının alınması həm də Rumıniya ordusunun 2040-cı il hədəflərinə çatmasına kömək edəcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054398