Rüfət Səfərova iki maddə üzrə ittiham irəli sürüldü - YENİLƏNDİ
2024-12-04 15:27:04
Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyi Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Bununla bağlı araşdırma aparılır.
***
Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.
Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır./bakupost.az/
