Saat:04:26
Haqqımızda

Rubio Lavrova başsağlığı verdi

2025-06-02 09:46:03

Rubio Lavrova başsağlığı verdi

Hurriyyet.az xəbər verir ki, ABŞ dövlət katibi Mark Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla danışıblar.
Telefon söhbəti zamanı Ukrayna ətrafındakı böhranla bağlı vəziyyət müzakirə edilib.
Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Məlumatda ABŞ dövlət katibi Mark Rubionun Bryansk və Kursk vilayətlərindəki dəmir yolları infrrastukturlarında iyunun 1-də baş vermiş partlayışlar zamanı dinc sakinlərin həlak olması ilə əlaqədar rusiyalı həmkarına dərin hüznlə başsağlığı verdiyi bildirilir.
Lavrov ilə Rubio Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif təşəbbüslərlə, o cümlədən iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna birbaşa danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar.  
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.148928