Saat:21:58
Haqqımızda

Rubio Hakan Fidandan Qafqazla bağlı nə istəyib?

2025-03-26 12:28:40

Rubio Hakan Fidandan Qafqazla bağlı nə istəyib?

Hurriyyet.az xəbər xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı Ankaradan Ukraynada və Cənubi Qafqazda sülh üçün çalışmağı xahiş edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verib. Məlumatda deyilir: "Dövlət katibi Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhə dayaq olmağı xahiş edib. Dövlət katibi Türkiyənin İŞİD-ə qarşı beynəlxalq koalisiyadakı liderliyini yüksək qiymətləndirib və Suriyanın bütövlüyü və sülh içərisində olması üçün sıx əməkdaşlığın zəruri olduğunu təsdiqləyib".
Tərəflər təhlükəsizlik və ticarət əməkdaşlığı üzrə əsas məsələləri müzakirə ediblər. Rubio iki ölkə arasında ticarət və iqtisadiyyat münasibətlərindəki uğurları qeyd edib və bu sahələrdə əməkdaşlığın bundan sonra da inkişafı üçün çağırış edib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.286438