R.T.Ərdoğan Bəşər Əsədlə görüşəcəkmi? 2011-ci ildən bəri...

2023-01-03 10:40:00

R.T.Ərdoğan Bəşər Əsədlə görüşəcəkmi? 2011-ci ildən bəri...

Hurriyyet.az  “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi təmsilçisi Ömer Çelik jurnalistlərə açıqlamasında ölkə hakimiyyətinin Suriya ilə münasibətlərin normallaşdırılması prosesinin gedişindən razı qaldığını bildirib və Ankara ilə Dəməşq təmsilçiləri arasındakı danışıqların növbəti mövzusunun yüksək səviyyədə görüşlərin təşkili olacağını söyləyib.

Çelik deyib: “Artıq iki ölkə arasında körpü salmağın, siyasi dialoqun vaxtının çatdığını düşünürük. Gündəmdəki növbəti məsələ yüksək səviyyədə görüş keçirmək imkanı olacaqdır. Hazırda əldə edilmiş səviyyədən razıyıq”.

Qeyd edək ki, 2011-ci ildə Suriyada münaqişə başlanandan sonra iki ölkə arasındakı münasibətlər pozulub. O zaman Türkiyə ilə Suriya arasındakı diplomatik münasibətlər dayandırılmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136564