Roza Zərgərli: "Atamın xasiyyəti ağırdır, müğənni oldum deyə beş il məni danışdırmadı" - VİDEO

2022-08-23 21:47:00

Roza Zərgərli:

“Müğənni oldum deyə beş il atam mənimlə danışmadı”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aparıcısı olduğu “Tam vaxtıdır” gecə şousunda deyib.

Ailə üzvlərinin “ağır təbiətli” olduğunu söyləyən sənətçi, bir müğənni həmkarının söylədiyi fikirlərindən sonra atasının Rozadan beş il üz döndərdiyi bildirib.

“Bir sənət yoldaşım var. İndi eyni yaşdayıq. Çıxıb maqazin verilişlərində deyirdi ki, “Sponsor hesabına işlər görürəm”. Ailəm ziyalıdır, ağır xasiyyətlidirlər. Əmilərim, dayılarım, qardaşlarım yığışıb məclis keçirəndə, kişilər qulluq edirlər.

Qadınlar qulluq etmirlər. Biz belə ailəyik. Baxmayaraq ki, mən deyib-gülən, zarafatlaşan, müassir insanam.

Lakin ailəm başqa düşüncəyə sahibdirlər. Məhz o xanım müğənninin sponsor haqda söylədiyi fikirlərə görə, üstümdən xətt çəkib, beş il atam məni dindirmədi. Hətta rayona belə gedə bilmədim. Atam söylədi ki, mənim sənin kimi övladım yoxdur. Amma indi mənə dəstək verir”.


 

Bizim.media

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056255