Saat:01:27
Haqqımızda

Rövşən Rüstəmov savadsız mətbuat katibini işdən qovdu - Natavan Bayramovaya verilən ev əlindən alınacaqmı?

2022-12-03 19:49:00

Rövşən Rüstəmov savadsız mətbuat katibini işdən qovdu - Natavan Bayramovaya verilən ev əlindən alınacaqmı?

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibi Natavan Bayramova işdən ayrılıb.
 

Hurriyyet.Az xəbər verir ki , bu barədə o, özü məlumat yayıb.

AMİA.AZ saytı Azərbaycan Dəmir Yolları” QSC-dəki "fəaliyyəti" ilə bağlı araşdırma aparıb və bəzi məlumatlar əldə edib.

Aldığımız məlumatlara görə, QSC-yə təyin olunan gündən (2019-cu il) mətbuatla sözügedən qurumun münasiblərini korlayan N.Bayramovanın əsas hədəfi qurumda hegemonluq etmək olub.

Maraqlısı bundadır ki, 3 ili tamam olmayan Natavan xanıma "Azərbaycan Dəmir Yolları" rəhbərliyi tərəfindən "dəmiryolçular"a verilən mənzildən hədiyyə edilib.

Sual oluna bilər hansı xidmətlərinə görə?

Əsas dəmiryolçular 20-30 ildir bələ də ev növbəsində dayanıb.

Amma rəhbərlik Natavan Bayramovaya "gözünün üstə qaşın var" demədən rahat mənzilə yollayıb.

Digər bir sual...

Görəsən yeni gələn sədr - Rövşən Rüstəmov evi ondan alıb, 30 ildir ev gözləyən əsl dəmiryolçuya verəcəkmi?

"Azərbaycan Dəmir Yolları" əməkdaşları saytımıza müraciət edərək bildiriblər ki, ümidləri böyükdür. İnanırlar ki, yeni rəhbərlik düzgün islahatlar apararaq, yeni komanda quracaq.
Hətta aldğıımız məlumata görə, Rövşən Rüstəmov N.Bayramovanın "Çuda Peçka" əməkdaşlarından İbarət komandasına da qapını göstərib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nicat Ocaqlı

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR