Saat:08:01
Haqqımızda

Rövşən Nəcəf: Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq

2024-05-13 19:36:13

Rövşən Nəcəf: Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq.

Bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.

Qurum rəsmisi komanda sayının artırılmamasının səbəbləri barədə danışıb: "Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq". \\Report.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.285937