Saat:01:03
Haqqımızda

Rövnəq Abdullayev SOCAR-ın təqaüdü əsasında təhsil alan tələbələrin sayını AÇIQLADI

2021-09-18 21:34:00

Rövnəq Abdullayev SOCAR-ın təqaüdü əsasında təhsil alan tələbələrin sayını AÇIQLADI

SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə də bir sıra layihələr həyata keçirir.

Bunu Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkətin təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdrilməsində böyük rol oynayıb.

R.Abdullayev hazırda bu proqram çərçivəsində 1200-ə yaxın azərbaycanlı tələbənin ali təhsil aldığını qeyd edib.

O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi ölkə rəhbərliyi tərəfindən SOCAR şirkəti qarşısında qoyulan əsas vəzifələrdən biridir.

“Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına böyük diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və reallaşdırılması üçün şərait yaradır", – deyə, R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, sentyabrın 18-də SOCAR-ın dəstəyi ilə Marneuli rayonunun İlmazlı kəndinə təbii qazın verilməsi mərasimi, Qızılhacılı kəndində inşa olunan idman kompleksinin və Laqodexi rayonunun Qabal kəndidə tikilən uşaq bağçasının açılışı olub.

Hər iki sosial obyekt şirkət tərəfindən Gürcüstan hökumətinə təmənnasız təqdim olunub. \\Azərtac

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR