Saat:10:59
Haqqımızda

"ROSKOSMOS" NATO qərargahının koordinatlarını dərc etdi

2022-06-28 15:33:00

Madriddə NATO sammitinin açılışı ərəfəsində "Roskosmos" sosial şəbəkələrdə sammitin keçirildiyi yerin, həmçinin Ağ Evin, Pentaqonun, Böyük Britaniyanın baş nazirinin və Almaniya kanslerinin iqamətgahlarının, Yelisey sarayının və NATO qərargahının dəqiq koordinatları ilə peyk şəkillərini dərc edib. 
"Roskosmos" iddia edir ki, bunlar ukraynalıları dəstəkləyən Qərbin “qərar vermə mərkəzləri”dir. Daha əvvəl Moskvadakı səlahiyyətlilər Ukraynada qərar qəbul edən mərkəzlərə zərbələr endirəcəklərini açıqlamışdılar.
Yəni, görüntülərin yayınlanması Qərb paytaxtlarına da zərbələrin endirilə biləcəyi təhlükəsi ilə bağlı işarə kimi oxunur.
Bununla belə, Rusiyanın hərbi teleqram kanalları artıq yazıb ki, Roskosmos Kremençuqdakı ticarət mərkəzinin yaxınlığındakı zavodun silah-sursat anbarına zərbənin endirilməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin versiyasını təsdiqləmək üçün ticarət mərkəzinin şəkillərini dərc etsə, daha yaxşı olar.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR