"Rosatom" qurumu yazda Akkuyu AES-ə nüvə yanacağı tədarük edəcək

Rusiyanın "Rosatom" qurumu yazda Akkuyu AES-ə nüvə yanacağını tədarük edəcək. Belə ki, fevralın 28-də “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçev tikinti sahəsinə baş çəkib, burada Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, eləcə də yerli podratçıların nümayəndələri ilə görüşüb.
O, layihənin maliyyələşdirilməsi, operativ heyət üçün yaşayış şəhərciyinin tikintisi planları, türk şirkətlərinin "Rosatom"un digər xarici layihələrində iştirak imkanlarından danışıb.
“Rosatomun bütün öhdəlikləri qüvvədə qalır: bu yaz stansiyaya təzə nüvə yanacağı gətiriləcək. Bundan sonra Akkuyu AES-in ərazisi nüvə enerjisi obyekti statusu alacaq. Bu, qlobal nüvə sənayesi üçün böyük hadisə olacaq. Üçüncü rübdə biz birinci blokda ümumi tikinti-quraşdırma işlərini yekunlaşdırıb, istismara verilməsinə davam edəcəyik. Daha sonra bir neçə ay ərzində MAQATE-nin tələblərinə uyğun olaraq biz avadanlığı və yanacağı birbaşa reaktorda sınaqdan keçirəcəyik. Bu, iddialı qrafikdir, lakin biz buna ciddi əməl edirik”, deyə Aleksey Lixaçev bildirib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya