Saat:08:09
Haqqımızda

Ronaldu yeni avtomobilinə sərvət xərclədi

2021-10-14 14:09:00

Ronaldu yeni avtomobilinə sərvət xərclədi

 

Hurriyyet.az “Haber Global” portalına istinadən xəbər verir ki, Kriştianu Ronaldu 8,5 milyon funt sterlinq (20 milyon manata yaxın) vəsait ödəyərək “Buqatti” şirkətinin məhdud sayda istehsal edilən avtomobilini alıb. Bu xəbər sosial şəbəkələrdə gündəmə çevilib.

Portuqal əsilli futbol ulduzu avtomobil almağı sevdiyini bildirib: “Oğlumla mən avtomobil həvəskarıyıq. Avtomobillərə pul xərcləməkdən çəkinmirəm”.

36 yaşlı ulduzun qarajında “Rolls Royce”, “Ferrari”, “Lamborghini”, “Aston Martin”, “McLaren”, “Bentley”, “Maserati”, “Audi”  və “BMW” markalı avtomobillər də var.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR