Saat:17:48
Haqqımızda

Ronaldu: "Bir dövr başa çatır" - Forvard Səudiyyə klubundan gedəcəkmi?

2025-05-27 11:36:46

Ronaldu:

Hurriyyet.az xəbər verir ki, dünyanın məşhur furbolçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Ən Nəsr" futbol klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatır. 
"Marka" (Marca) nəşrinin məlumatına görə, forvard komandanın uğursuzluqları ilə əlaqədar bu yay klubu tərk edə bilər.  
Ronaldu özünün "İnstaqram" (Instagram) səhifəsində Səudiyyə Ərəbistanı çempionatının yekun turundan sonra oradan gedə biləcəyinə işarə vurub: "Bir fəsil başa çatdı. Tarixdirmi? Hər şey hələ yazılır. Hamıya minnətdaram". 
"Qızıl top"un beşqat sahibi oyundan yazının yanında oyundan fotoşəklini də paylaşıb.
Qəzet Ronaldunun İspaniyada "Almriya" futbol klubunun sahiblərindən biri ola biləcəyini də xəbər verib.
40 yaşlı Ronaldu 2023-cü ildən bəri "Ən Nəsr" konandasında oynayır. Cari mövsümdə 41 oyunda iştirak edib, 35 qol vurub, 4 məhsuldar ötürmə verib. Ötən müddət ərzində klub heç bir mühüm nailiyyət qazanmayıb. "Ən Nəsr" mövsumün nəticələrinə görə üçüncü yeri tutub və Asiya Çempionlar Liqasına çıxa bilməyib.
"Marka" nəşrinin mayın 10-da verdiyi xəbərə görə, razılıq olmasına baxmayaraq, forvardın "Ən Nəsr" ilə müqaviləsinin müddətinin uzadılması sual altındadır. Ronaldunun son uğursuzluqlara qəzəbli reaksiyası klub rəhbərliyinin xoşuna gəlməyib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.253688