Ronaldo "Mançester Yunayted"i bu kluba dəyişir?

2022-06-17 20:19:00

Ronaldo

"Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komandanın sıralarını tərk edə bilər.

37 yaşlı forvard yeni baş məşqçi Erik ten Haqın oynadacağı futbola uyğun gəlmir. "Qırmızı şeytanlar" növbəti mövsümdə Çempionlar Liqasında da çıxış etməyəcək. Bu səbəbdən Ronaldo klubu tərk etmək qərarına gəlib.

Onunla İtaliya "Roma"sı yaxından maraqlanır.

Qeyd edək ki, Ronaldo ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib. \\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya