Ronaldo Fernandesin reaksiyasına ŞOK OLDU - FOTOLAR

2022-11-17 22:27:00

Ronaldo Fernandesin reaksiyasına ŞOK OLDU - FOTOLAR

"Mançester Yunayted"də çətin günlər yaşayan və nəhayət həm klub, həm də baş məşqçi Erik ten Haq haqqında sərt açıqlamalar verən Kriştiano Ronaldo Portuqaliya Millisində də axtardığı rahatlığı tapa bilməyib.

Hurriyyet.az xarici mətbuata istinadən bildirir ki, “Mançester Yunayted”də yaşadığı problemlərlə bağlı açıqlamaları ilə gündəmə gələn Kriştiano Ronaldo Portuqaliya Millisinin düşərgəsində Bruno Fernandesin reaksiyası qarşısında da məəttəl qalıb.

Baş məşqçi Erik ten Haq, İdman Direktoru Ralf Rangnik və Mançester Yunayted klubunun rəhbərliyini tənqid edən Ronaldo Dünya Kuboku ərəfəsində idman dünyasının 1 nömrəli gündəminə çevrilməyi bacarıb. İngiltərə mətbuatı Ronaldonun açıqlamalarının komandadakı futbolçular arasında iğtişaşlara səbəb olduğunu bildirirdi.

Bruno Fernandesin komanda yoldaşına reaksiyası bu iddianı gücləndirib. “Mançester Yunayted"in oyunçuları Ronaldonun Erik ten Haq və kluba hörmətsizlik etdiyi qənaətindədir.

"Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldo və Bruno Fernandes Portuqaliya Milli Komandası üçün toplaşdıqları düşərgədə soyunub-geyinmə otağında qarşılaşıblar. Portuqaliya Futbol Federasiyasının yayımladığı görüntülərdə Ronaldonun yanından keçən Bruno Fernandes əvvəlcə komanda yoldaşına salam verməyib. Bruno Fernandesə əlini uzadıb bir müddət əli havada qalan Ronaldonun üz ifadəsindəki heyrət diqqətdən yayınmayıb. Fernandesin Ronaldoya qarşı soyuq və laqeyd münasibəti Ronaldonun klubu və məşqçisi ilə bağlı açıqlamalarına reaksiya kimi şərh edilib.

 

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.092396