Saat:18:58
Haqqımızda

Romada ABŞ-İran danışıqlarının ikinci raundu başladı

2025-04-19 14:17:20

Romada ABŞ-İran danışıqlarının ikinci raundu başladı

İranın xarici işlər naziri Abbas Arakçının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-la nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Röyters” yayıb.

Bildirilib ki, bu gün Arakçı və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq.

***

Romada ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların ikinci raundu başlayıb.

Bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) məlumat yayıb.

Məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçı, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166033