Roma Papasından Tramp haqqında: Bu, rüsvayçılıqdır!
2025-01-22 19:20:29

Roma Papası Franksisk Trampın immiqrasiya ilə bağlı planlaşdırdığı və onun andiçmə mərasimindən sonra qüvvəyə minəcək sərəncamlarına toxunub.
İtaliya televiziyasına müsahibə verən Roma Papası ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın immiqrasiya siyasətini pisləyib və qeyri-qanuni mühacirlərin deportasiyası planlarını rüsvayçılıq adlandırıb.
"Bu doğrudursa, ayıb və rüsvayçılıq olar. Bu, düzgün yol deyil” - Roma Papası deyib.
Qeyd edək ki, bundan əvvəl Roma Papası Trampın immiqrasiya siyasətini xristianlığa zidd hərəkət adlandırıb. \\Ölkə.Az
