Roma papası Putinlə görüşmək istəyir. "9 maya qədər müharibə başa çata bilər"

2022-05-03 17:00:00

Roma papası Putinlə görüşmək istəyir.

Hurriyyet.az xəbər verir ki, Roma katolik kilsəsinin başçısı Papa Fransisk Ukraynada müharibənin dayandırılması üçün addım atmağa hazır olduğunu bildirib.

Roma papası İtaliyanın “Korryere della sera” nəşrinə müsahibəsində Ukrayna ilə Rusiya arasındakı müharibəni dayandırmaq üçün Moskva şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək istədiyini söyləyib.

O, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsinin birinci günündə RF səfirliyinə Rusiya Federasiyasının Vatikandakı səfirliyinə getdiyini xatırladıb. Papa deyib: “Mən qəti addım atdım və bunun üçün Rusiyanın səfirinin yanına getdim. Onlardan izahat verməyi xahiş elədim, mən dedim: “Zəhmət olmasa, dayanın. Müharibənin başlanmasından iyirmi gün sonra kardinal Parolindən xahiş elədim ki, Putinə mənim Moskvaya getməyə hazır olduğumu bildirsin”.

Papa Fransisk etiraf edib ki, hələ də Putinin cavabını gözləyir və “onun görüşmək istəmədiyindən” ehtiyat edir.

Papa deyib: “Bu cür vəhşilikləri necə dayandırmamaq olar? Biz eyni şeyi 25 il əvvəl Ruandada yaşamışıq”.

Katoliklərin lideri hələ Ukraynaya səfər eləmək niyyətində olmadığını deyib: “Kiyevə hələlik getməyəcəyəm. mən əvvəlcə Moskvaya getməli, Putinlə görüşməliyəm. Amma axı mən din xadimiyəm, nə edə bilərəm? Mən bacardığımı edirəm”.

Papa deyib ki, Macarıstanın Baş naziri Viktor Orban aprelin 21-də ona Moskvanın müharibəni 9 may tarixinə qədər bitirməyi planlaşdırdığını xəbər verib.

RF XİN Sergey Lavrov isə 1 may tarixində İtaliya televiziyasına müsahibəsində Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” 9 may Qələbə gününə qədər bitirməyə çalışmadığını söyləmişdi. Lavrov deyib: “Bizim hərbçilər əməliyyatları hansısa tarixə görə süni şəkildə irəli çəkməyəcəklər”.

Hürr Tərcüman   


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya