Roma Kiyevə nəyi qadağan edib?
2024-08-30 18:17:24
Hurriyyet.az xəbər verir ki, İtaliya hökuməti öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyi Ukraynaya qadağan edib. Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani bəyanat verib.
Tayani deyib: "Biz Rusiya ilə müharibə etmirik. Biz nəyə icazə verək? Moskvanı bombalamağa? Bəs sərhəd haradadır? Ciddi olmaq lazımdır. Yeni münaqişənin alovlanmasına imkan verməməliyik. İlk gündən buna çalışırıq". O, Romanın Kiyevi dəstəklədiyini, qeyd-şərtsiz hərbi və humanitar yardım göstərdiyini deyib.
Nazir söyləyib: "Təkrar edirik: biz Rusiya ilə savaşmırıq. NATO Rusiya ilə müharibə etmir. Buna görə də, İtaliyanın mövqeyi dəyişməzdir - bizim silahlarımızdan yalnız Ukrayna ərazisində istifadə edilməlidir".
Hürr Tərcüman