Saat:12:33
Haqqımızda

Robert Köçəryan məhkəmənin qarşısına çıxmaqdan imtina edib

2024-11-15 15:47:04

Robert Köçəryan məhkəmənin qarşısına çıxmaqdan imtina edib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin iclasına gəlməyib.

Hurriyyet.az xəbər verir ki, keçmiş müdafiə naziri, parlamentdə “Hayastan” fraksiyasının lideri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov da iştirak etməyiblər.

İşdə iştirak edənlər arasında iclasın yeganə iştirakçısı keçmiş baş nazirin müavini, “Hayastan” blokundan olan deputat Armen Gevorqyan olub.

Məhkəmə katibi bildirib ki, bütün iştirakçılar lazımi qaydada məlumatlandırılıb. Lakin Köçəryana göndərilən bildiriş geri qaytarılıb. Köçəryanın vəkili Aram Vardevanyan iclas katibinin müvəkkilini “təqsirləndirilən” adlandırmasına etiraz edib.

Xatırladaq ki, Robert Köçəryan, Armen Gevorkyan, Seyran Ohanyan və Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci (“Konstitusiya quruluşunu devirmə”) maddəsi ilə ittiham olunublar. 2021-ci ilin martında Konstitusiya Məhkəməsi bu maddəni konstitusiyaya zidd sayıb və cinayət təqibi dayandırılıb. Lakin 2024-cü ilin sentyabrında iş bərpa olundu.

İttihamlar 2008-ci il martın 1-də baş vermiş prezident seçkilərindən sonra səsvermənin nəticələrinə qarşı keçirilən etiraz aksiyaları ilə bağlıdır. Həmin vaxt etirazçılar arasında 10 nəfər öldürülüb./Musavat.com/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.249180