Saat:01:03
Haqqımızda

Robert Köçəryan Almaniyadadır: ÖLÜR?

2024-04-03 22:43:06

Robert Köçəryan Almaniyadadır: ÖLÜR?

“Hraparak” qəzeti Ermənistan eks-prezidenti Robert Köçəryanın ölkəni tərk etdiyini və xaricdə yaşadığını yazıb.

“İkinci prezident Robert Köçəryanın tərəfdarları və tərəfdaşları bir neçə ildir ki, liderinin aktiv siyasətdən təqaüdə getdiyi faktını nəinki təkzib edir, hətta öz komandası daxilində prosesləri idarə edir. Ancaq reallıq budur ki, Köçəryan bundan əlini üzüb, Ermənistandan uzaqda sakit həyatı siyasətdən üstün tutub. Onun “Ermənistan” fraksiyasının üzvləri isə həftələrlə, hətta aylarla görünmürlər. Əldə etdiyimiz məlumata görə, Ermənistan Respublikasının ikinci prezidenti uzun müddətdir ki, Avropadadır. Göründüyü kimi, Köçəryan Almaniyadadır və oradan 8 martda qadınlara və Rusiya Prezidenti Vladimir Putinə seçilməsi münasibətilə ona öz təbriklərini göndərib. Əldə etdiyimiz məlumata görə, o, yanvarın sonunda ölkəni tərk edib. “Ermənistan” fraksiyasının deputatı Ahnes Hamoyandan öz liderləri ilə sonuncu dəfə nə vaxt görüşdüklərini və nəyi müzakirə etdiklərini soruşduq.

“Sonuncu dəfə fraksiyanın yerindən kənar iclası olub. Bu barədə ictimaiyyətin məlumatı var”,-deyə o bildirdi. “Bəs bu kənar iclas nə vaxt baş tutub?” sualına Hamoyan “Ötən ilin dekabrında” cavabını verib. Bununla bağlı rəsmi məlumat tapmağa çalışdıq. Amma təəssüf ki, “Ermənistan” fraksiyasının səyyar sessiyası ilə bağlı heç bir məlumat tapmadıq. 

Həmsöhbətimizdən cənab Köçəryanın xaricdə olmasının doğru olub-olmadığını da soruşduq. “İkinci prezidentin hüquq komandasının sonuncu vəsatəti onun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı məhkəməyə müraciətdən ibarət idi. Mən başqa şərh verə bilmərəm”, - Hamoyan belə deyib. 

Qeyd edək ki, Robert Köçəryanın əvvəllərə də məhkəmənin qərarı əsasında müvəqqəti olaraq bir neçə dəfə Almaniyaya müalicəyə gedib. Onun döş qəfəsində şiş olduğu bildirilir. Hətta onun vəizyyəti bir neçə dəfə ağırlaşıb. Ona görə də cinayətkar sabiq prezidentin Almaniyaya siyasətdən uzaqlaşaraq dincəlmək üçün üçün deyil, daha çox xərçəngdən müalicə almaq məqsədilə getdiyi ehtimal olunur.//cebhe.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR