Saat:11:31
Haqqımızda

Robert Koçaryanın əmlakı müsadirə olunacaq - Ermənistan Prokurorluğu tələb edir + SİYAHI

2024-04-29 14:05:26

Robert Koçaryanın əmlakı müsadirə olunacaq - Ermənistan Prokurorluğu tələb edir + SİYAHI

Ermənistan Prokurorluğu Robert Köçəryanın (və ona bağlı olan 7 nəfərin) əmlaklarının Ermənistan Respublikasının xeyrinə müsadirə olunmasını tələb edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, buraya 25 daşınmaz əmlak, 5 nəqliyyat vasitəsi, dəyəri 4 milyon dollardan çox olan depozitə qoyulan qiymətli kağızlar, qanunsuz mənşəli 35 milyard dramdan (90 min 189 dollar) çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən vəsaitlər və digər xərclənmiş vəsaitlər daxildir.

Bildirilib ki, Robert Koçaryan barəsindəki işdə Ermənistana və bir sıra ölkələrə məxsus 16 hüquqi şəxsin adı hallanır.

Ermənistan Respublikasının Baş Prokurorluğu tərəfindən müsadirə olunacaq əmlakların siyahısı yayılıb.

Siyahını təqdim edirik:

▪️ 25 daşınmaz əmlak

▪️ 5 maşın

▪️ 16 erməni və xarici hüquqi şəxsdə iştirak

▪️ Dəyəri 4 milyon dollardan çox olan qiymətli kağızlar

▪️ 10 milyard drama ekvivalent "zaym"lar

▪️ Qeyri-qanuni mənşəli 35 milyard dramdan çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən vəsaitlər və digər xərclənmiş vəsaitlər.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187767